Masallıda şah dövründən qalan sirli quyu - Bura gələn şəfa tapır

# 13:57
24 oktyabr 2022

Masallının Ərkivan qəsəbəsində Səfəvilər dövründən yadigar qalan quyu bu gün də qorunub saxlanılır.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, “qaynar quyu”adlanan quyu qəsəbədəki məscidin içində yerləşir.  Tarix müəllimi Səfərəli Salehov deyir ki, Şeyx Səfiəddin öz mürşidləri ilə 1274 – 1281-ci illərdə  Ərkivanda yaşadığı zaman burada çəltikçiliyi, təhsili inkişaf etdirib. Ərkivanın zəngin şirin su qaynaqlarına malik olduğunu görən Şeyx Səfiəddin burada quyu qazdırıb və bu günə kimi də sakinlər quyunun suyundan istifadə edirlər. Buradakı su həm də yerli sakinlərin və bura gələn qonaqların inanc yerinə çevrilib. 

 

Tarixi mənbələrə görə Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayanıb, bir qədər dincəlib və babasının tikdiyi bulaqdan su içib.

 

Hazırda bu bulaq bölgənin ziyarətgah yerlərindən biri kimi tanınır.

 

Qeyd edək ki, quyunun dərinliyi 3 metrdir. Buradakı suyun səviyyəsi  25 – 30 santimetrdir və bu günə kimi su nə artmayıb nə də azalmayıb. Quyudan məscidin çöl tərəfinə bir qol verilib ki, ziyarətə gələnlər o sudan içirlər. Yay fəslində ətraf quyular quruyanda belə bu quyu qurumur.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV / MASALLI

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR