Masallıda saxlanılan avtomobildən külli miqdarda uyuşdurucu vasitə aşkarlanıb

# 18:05
27 may 2023

Masallıda saxlanılan avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb 

Masallıda saxlanılan avtomobilin yük yerindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Masallıda əldə etdiyi narkotik vasitəni satmaq üçün Bakıya aparmaq istəyən Cəlilabad sakini Fəzalət Əliyevin planı baş tutmayıb. Masallı polisinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı onun olduğu avtomobildən 7 kiloqramdan artıq heroin və marixuana aşkarlanıb.

İlkin araşdırma zamanı Fəzalət Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Belə ki, o əldə etdiyi heroin və marixuananı satışının təşkil olunması üçün Bakı şəhərinə aparmalı və orada deyiləcək yerlərə çatdırmalı imiş. Məhkəmənin qərarı ilə Fəzalət Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində zəruri istintaq hərəkətləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR