Masallıda soyğunçuluq edən şəxs tutuldu
Masallıda soyğunçuluq edən şəxs tutulub.
APA TV-nin yerli bürosu xəbər verir ki, Masallı şəhər sakini olan bir nəfər, polisə müraciət edərək rayon ərazisində şadlıq evlərindən birinin qarşısında tanımadığı şəxsin, onun 200 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşdığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Təzə Alvadı kənd sakini, əvvəllər də məhkum olunmuş İbrahim Abuşov olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev,
Rövşən Almazoğlu,
APA TV, Masallı
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu