Masallıda yaşlı qadına qarşı soyğunçuluq

# 14:38
22 dekabr 2022

Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

 

Masallı rayonunun Mahmudavar kənd sakini olan qadın, 700 manat pulunun tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat verib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun, rayonun Əhmədli kənd sakini Rüfət Əliyev olduğu müəyyən edilib. Araşdırmalarla məlum olub ki, Rüfət Əliyev şəhər ərazisində alış-veriş edən yaşlı qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Yaşlı qadın yaşadığı evə daxil olmaq istəyərkən Rüfət Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb.

 

 Saxlanılan  şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR