Masazır dairəsində qızı zorla “Porsche”yə mindirmək istədi

# 16:07
11 avqust 2022

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində gənc qız xuliqanlıqla üzləşib. APA TV xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfo” saytı yayıb. Məlumata görə, Bakı şəhəri sakini, 21 yaşlı Ü.Ç. yolla gedərkən ona “Porsche” markalı avtomobil yaxınlaşıb. Gənc qız bildirib ki, sürücü onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb. Şikayətçi hadisə barədə polisə müraciət etdiyini bildirib. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə bildirib ki, baş vermiş hadisə ilə bağlı nazirliyə müraciət daxil olub. Məsələ hazırda Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR