Masazır kənd 4 nömrəli tam orta məktəbdə ilk zəng sevinci

# 18:06
15 sentyabr 2023

 

Bu gün bilik günü ilə əlaqədar bütün məktəblərdə olduğu kimi Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə də ilk dərs, ilk zəng həyəcanı yaşanıb. İlk dərs günündə musiqi və şeir sədaları ilə şagirdlərə qucaq açan tədris ocağındakı bu həyəcandan ən böyük pay birincilərə düşüb. Daha sonra məktəbə ilk qədəmlərini qoyan birincilər üçün dərs zəngi çalınıb. Məktəbin rus dili bölməsinin 1 k sinfinin ibtidai sinif müəllimi Nuranə Sadıqova ilk dərslərinə Azərbaycan dövlət himninin oxunması ilə başlayıb. Daha sonra birincilərə kitablar, dəftərlər və qələmlər paylanılıb. Onlar həyatlarında başlayan yeni mərhələnin sevincini şeirlər oxuyaraq dilə gətiriblər. Masazır kənd 4 nömrəli tam orta məktəbin Azərbaycan bölməsinin 1 C sinfinin şagirdləri də parta arxasına böyük həvəslə keçiblər. Masazır kənd 4 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub və 2016-cı ilin oktyabrında istifadəyə verilib. Bu il təhsil müəssisəsində həm Azərbaycan, həm də rus dili bölmələri üzrə birinci sinfə qəbul keçirilib. Qeyd edək ki, 2023/2024-cü tədris ilində ümumilikdə orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq, onların 135 000-i birinci sinfə gedəcək. Əli Əliyev AĞA Əlizadə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR