Masazırda ər 25 yaşlı arvadını qətlə yetirdi

# 09:55
25 avqust 2023

Abşeronda dəhşətli qətl hadisəsi törədilib. Ər öz arvadını öldürüb. İki azyaşlı övladı olan qadının nə üstündə öldürüldüyü hələ ki, məlum deyil.

Abşeron rayon Prokurorluğuna 25 yaşlı Səkinəxanım İsaqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Qonşuların verdiyi məlumata görə gənc ailə həmin ünvanda kirayə qalırmış.

Fakta görə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Əli Əliyev, Ağa Əlizadə, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR