Maşın dirəyə çırpıldı, bir nəfər həyatını itirdi
Qaxda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə axşam saatlarında Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.
Qax rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini, 1999-cu il təvəllüdlü Şəmsəddin Təmraz oğlu Kərimov və 2002-ci il təvəllüdlü Nihad Akif oğlu Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Yaralılardan Şəmsəddin Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Nihad Süleymnazadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib