Maşın piyadanı vuraraq öldürüb - SABİRABADDA
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib. VAZ 2107 markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub.
Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi