Maşınla qadına yaxınlaşıb...
Abşeronda qadına qarşı soyğunçuluq edilib.
APA TV-nin xəbərinə görə, hadisə Digah yolunda baş verib.
Belə ki, vətəndaş İlhamə Məmmədova Mehdiabad Polis bölməsinə ərizə ilə müraciət edərək ona qarşı soyğunçuluq edildiyini bildirilib. Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Təhlükəsizlik şəhər kameraları ilə həmin şəxslərin hadisə zamanı istifadə etdikləri avtomobil müəyyən edilib. Keçirilən əməliyyat zamanı 34 yaşlı Fərid Əliyev və tanışı 28 yaşlı Göyüş Vəliyev tutulublar.
Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib