Maska taxmayanların cərimələri geri qaytarılacaq
Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq.
APA "TRT Haber"ə istinadən məlumat yayıb ki, bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, bu gün “Resmi Gazete”də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi