Maştağada inzibatçını marketdə soydular
Bakıda market qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir