Maykalı sürücü ilə yol polisinin davası: Belə polis olar?

# 18:05
31 avqust 2022

Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yol polisinin içkili olduğunu iddia etdiyi sürücünü saxlaması, onunla davranış forması, jarqonlu danışığı, bir polisə yaraşmayan üslubu cəmiyyətdə heç də müsbət qarşılanmayıb. Sürücünün “niyə saxladınız” sualına polisin normal cavab tapa bilməməsi, bunun yerinə onun geyiminə irad tutması isə acı gülüşlə qarşılanıb. Təəssüf ki, bu ilk belə hal deyil. Sosial şəbəkələrdə bu cür videolar kifayət qədərdir.

Deyək ki, həmin sürücü spirtli içki qəbul edib. Bəs bu polisə əsas verirmi ki, vətəndaşla istədiyi kimi davransın, onu hədələsin, davaya çağırsın, şəxsiyyətini alçaldan ifadələr işlətsin?

Ümumiyyətlə, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi necə olmalıdır?

 

Hüquqşünas Şamil Paşayev isə bildirir ki, inzibati xəta törətməyibsə, stasionar post yoxdursa, müvafiq qaydada reyd keçirilmirsə, sürücünün saxlanılması  qanunla əsassız sayılır.

 

Bəs sürücünün icazə almadan video qeydiyyat aparmaq ixtiyarı varmı? Hüquqşünas bildirir ki, istənilən vəzifəli şəxsi xidmət zamanı videoya çəkmək olar. Burada heç bir hüquq pozuntusu yoxdur və buna görə sürücünü heç bir cəza və cərimə gözləmir. Maraqlıdır, bəs geyimə görə hər hansı qayda tətbiq olunurmu?

 

Məlumat üçün bildirək ki, təqdim etdiyimiz hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

 

Nərmin Murad

Fariz Quluyev

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR