Mədə kiçiltmə əməliyyatı: Mənfi və müsbət tərəfləri

# 14:15
24 sentyabr 2021

Həddən artıq piylənmə yalnız insanın xarici görünüşünə deyil, həm də sağlamlığına zərər vurur.

 

APA TV xəbər verir ki, bu kimi problemi yaşayanlar ən sonda bariatrik, yəni mədə kiçiltmə əməliyyatına müraciət edir.

 

Bəs kimlər mədə kiçiltmə əməliyyatı elətdirə bilər? Bu əməliyyat təhlükəlidirmi?

 

Ümumi cərrahiyə uzmanı Elmir Əsgərov deyir ki, mədə kiçiltmə əməliyyatı üçün ciddi bir göstəriş olmalıdır. Onun sözlərinə görə, bu zaman bədən çəki indeksi 35-40 üzərində olan pasiyentlərin ümumi vəziyyəti dəyərləndirilir və psixoloji durumu nəzərə alınmaqla əməliyyatına göstəriş təyin olunur: “Apne nəfəs problemləri var və ya ikincili olaraq diafraqma elufasiyasına bağlı ürək yetməməzlikləri başlayır, bəzi xəstələrdə kilodan dolayı ciddi ürək xəstəlikləri yaranır. Bəzi xəstələrdə reflünün dərəcəsini yoxlayırıq, reflünün özündə azalma baş verir. Məsələn oynaq sistemində - dizlərdə, oynaqlarda çox ciddi olan problemi olan xəstəliklər bu əməliyyatla bərabər o kiloların qurtarılması düzəlir. Bəli,  bunlar avantajdır və bunları da ancaq pasiyent səviyyəsində, bazında individual dəyərləndirmək lazımdır”.

 

Həkim mədə kiçiltmə əməliyyatında istifadə olunan metodlardan danışarkən laporoskopik şəkildə aparılan boruşəkilli mədə əməliyyatını xüsusilə vurğulayır: “Texniki baxımdan, xüsusilə, sleeve, yəni boru şəkilli mədə əməliyyatları tətbiq olunur. Bu xəstənin komfortu baxımdan daha rahatdır və fizioloji əməliyyatdır. Çünki bu zaman, sadəcə mədənin 3/2 hissəsi kəsilir və mədə boru şəklinə salınır. Burada həm mədənin həcmi azalır, eyni zamanda mədənin fundus hissəsində bizi davamlı acdıran, aclıq hissiyyatını yaradan qrelin hormonunu da bədənimizdən çıxardır. Nəticədə həm xəstənin qida həcmi azalır, həm də qrelin hormonu olmamış olur. Bu da xəstələrdə ciddi çəki itkisinə səbəb olur “.

 

Cərrah əməliyyatdan sonra xəstələrdə yarana biləcək mənfi hallardan da danışdı: “Sleeve gastrectomidə bəzən darlıq müşahidə edilə bilər. Qusmalar çoxala bilər. Reflü kimi ciddi xəstəliklər yəni mədənin turşuluğunun davamlı qida borusuna gəlməsi halları baş verə bilər. Sleeve gastrectomidə ən çox rastlaşdığımız problemlər bunlar ola bilir. Ona görə də əməliyyatı pasiyentlərə də təqdim edərkən avantajları və dezavantajları ilə təqdim etmək lazımdır ki, pasiyentlər əməliyyatların müsbət və mənfi tərəflərini qəbul edə bilsinlər”.

 

Elmir Əsgərov sonda onu da bildirdi ki, əməliyyatdan sonra insanlar mütəmadi diyetik qidalar qəbul etməli, qida rasionundan yarımfabrikat, şəkər və karbohidrat tərkibli qidaları isə rasionundan mütləq çıxarılmalıdır. Onun sözlərinə görə, qida rasionuna diqqət etməyib çox qida qəbuluna davam edilərsə, itən çəki mütləq geri qayıdacaq.

 

Nuranə Namazova

Əli Ələkbərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR