“Mədəni-dini abidələrimiz ermənilər tərəfindən yerlə-yeksan edilib”

# 15:27
7 aprel 2023

ADA Universitetində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun videoçıxışı ilə başlayıb. Nazir bildirib ki, Azərbaycan mədəniyyətlərarası birlik baxımından dünyada çox əhəmiyyətli yerə və rola malikdir,  ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr üzrə daimi əməkdaşlıq edir. Ermənilərin mədəniyyət abidələrə münasibətindən danışan nazir vurğulayıb ki, 30 il ərzində Şuşa şəhərində mədəni-dini abidələr ermənilər tərəfindən yerlə-yeksan edilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli qeyd edib ki, hazırkı Ermənistan ərazisində tarixi-mədəni abidələrimiz məhv edilir, Azərbaycanın tarixi ərazi adları dəyişdirilir.

Milli Məclisin deputatı Əhliman Əmiraslanov Qərbi Azərbaycanda atalarımızın yaratdığı irsə sahib çıxmalı olduğumuzu vurğulayıb.

Sonda deputat qeyd edib ki, mədəni irsimizin qorunması və bərpasında UNESCO-ya etimad göstəririk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR