Mədəniyyət nazirinin iki müavini işdən azad edildi
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Məlumatı Mədəniyyət Nazirliyindən APA-ya təsdiq ediblər.
Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin sərəncam Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib