Mədəniyyət Nazirliyində mühüm təyinatlar: yeni aparat rəhbəri kimdir?

# 11:42
1 mart 2023

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub..

Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə nazirliyin aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.

X. Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları da olub.

Milli Konservatoriyanın Beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR