Media nümayəndələri MÜKAFATLANDIRILDI

# 15:06
22 iyul 2022

22 iyul-Milli Mətbuat Günü münasibətilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və KİV nümayəndələri iştirak ediblər.

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini bildirib.

 

Hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən baş direktor bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib.

 

KİV nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən Ruslan Əliyev onlara fəaliyyətlərində uğurlar arzulayıb: “Bu günə kimi mən heç bir media nümayəndəsindən şəxsi işi ilə bağlı bir müraciətə rastlaşmamışam. Bu insanlar həmişə çalışıblar vətəndaşın problemini qaldırıblar, işıqlandırıblar. Məsələnin müsbət həlli üçün çalışmaları bu gün mətbuat üçün böyük uğurdur. Ona görə mən də SOCAR “Azəriqaz” İstehsalat Birliyinin adından sizə təşəkkür edirəm. Bu gün biz çalışacağıq ki, işlər və problemlər haqqında danışmayaq. Sizləri peşə bayramı münasibəti ilə təbrik edirəm”.

 

Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

 

Nərmin Murad,

Fariz Quliyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR