Məhkəmə Hafiz Məmmədovla bağlı qərar verdi
Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
APA TV-nin məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu