Məhkəmə hökm verdi: "Allaha qarşı müharibə aparıb"

# 14:03
20 dekabr 2022

Güney Azərbaycanın Məlikkəndi şəhərində İran hökumətinə qarşı keçirilən etiraz aksiyaları zamanı həbs edilən etirazçı Meysəm Mobarhan "Allaha qarşı müharibə aparmaq" və "yer üzündə fəsad törətmək" ittihamları ilə üzləşib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, etirazçı vətəndaşın "Allaha qarşı müharibə aparmaq"da ittiham edilməsi ona qarşı ölüm hökmünün çıxarıla biləcəyi ilə bağlı narahatlığı artırıb.

Çünki eyni ittihamla üzləşən etirazçılardan ikisi Məcidrza Rəhnəvərd və Möhsün Şekariyə ölüm hökmü çıxarılıb və onlar edam ediliblər.

Eyni ittihamla üzləşən insanları amputasiya və ya sürgün hökmləri ilə də cəzalandıra bilirlər.

 

Meysəm Mobarhanın ailə üzvləri də təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR