Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskındəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu