Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - APA TV Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə “Instagram”da paylaşım edib. APA TV xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!”
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib