Meksika ilə Azərbaycan arasında dolaşan milyonlar: “Buna çox sevinirik”
Sakit Okean Alyansı ölkələri ilə Azərbaycan arasında əlaqələr inkişaf edib. Soruşsanız ki, bunu necə bildiniz? Sizə deyərəm ki, 1992-2014 illərdə alyans ölkələri ilə Azərbaycan arasənda 3.3 milyon dollarlıq ticarət dövriyyəsi olub. Alyans ölkələrinin Bakıda səfirlikləri açıldıqdan sonra bu məbləğ 2015-2021-ci illərdə 42.8 milyon dollara yüksəlib. Bu rekord göstəricidir. 2021-ci ildə isə 75 milyon dollara çatdı. Biz Alyans ölkələri olaraq, Azərbaycan kimi tərəfdaşımızın olmasına çox sevinirik.
Sakit Okean Alyansı Azərbaycanla münasibətləri müxtəlif sahələrdə daha da genişləndirmək istəyir. Bizim platformamız gender bərabərliyi, xalqlararası əlaqələr və mübadilə, turizm sektorunu prioritet elan edir. Meksika ilə münasibətlərə gəlincə, biz Azərbaycanla mədəniyyət, iqtisadiyyat, humanitar, texniki sahələrdə əlaqələrimizi dərinləşdirmək istəyirik. Xüsusilə də geologiya sahəsində əməkdaşlıq imkanlarını vurğulamaq istərdim”
FUAD SADIQOV
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu