Meksikada inzibati binaya HÜCUM: Mer də daxil olmaqla 18 nəfər GÜLLƏLƏNDİ
Meksikanın cənub-qərbindəki Gerrero ştatında kiçik San Migel Totolapan şəhərinin inzibati binasına hücum olub.
APA TV xəbər verir ki, bu barədə "La Jornada” qəzeti məlumat yayıb. Bildirilir ki, mer Konrado Mendoza Almeda, atası və polislər də daxil olmaqla 18 nəfər həlak olub.
Silahlı şəxslər administrasiya binasına hücum etməzdən əvvəl mer Konrado Mendoza və onun atası Xuan Mendozanı güllələyiblər.
İlkin məlumatlara görə, hücumu “Tequileros” mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri təşkil edib.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib