Məktəb direktorları niyə tiktokerə çevrilir?

# 18:20
13 yanvar 2023

Son vaxtlar “Tik-tok” sosial şəbəkəsində bəzi məktəb direktorlarının ictimai statuslarına yaraşmayan görüntüləri yayılıb. Maraqlısı isə budur ki, izləyicilər tərəfindən kəskin qınaqla qarşılanan bu videolar drektorların özləri tərəfindən çəkilib və öz profillərində paylaşılıb.

Sözügedən videolardan birini çəkən İmişli rayon Mərzəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev iddia edib ki, videonu tələbə vaxtı çəkib. İndi yayımlanması isə ona qarşı hazırlanan qarayaxma kampaniyasının bir hissəsidir. Direktor hazırda bununla bağlı hüquq mühafizə orqanlarının araşdırma apardığını da deyib.

Ancaq direktorun bu açıqlaması da bəzi suallar yaradır. Çünki özü də tələbə olduğu vaxt “Tik-Tok” sosial şəbəkəsinin mövcud olmadığını etiraf edib. Üstəlik, direktor olmaq üçün ən azı 5 il müəllim kimi çalışmalısan. Yəni bu video Əlidursun İsayevin direktorluq yox, müəllimlik vaxtına düşsə belə, bir müəllimin də bu cür davranışı qətiyyən birmənalı qarşılanmır. Əlidursun İsayevdən bu ziddiyyətli məqama aydınlıq gətirməsini istəsək də, xəstələndiyini, səsinin yaxşı olmadığını bildirib, açıqlama verməkdən imtina etdi.

Profilində bu cür videolar yayan digər şəxsin isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Kosacan kənd məktəbinin direktoru Təhminə Şəfiyeva olduğu bildirilir. Təəssüf ki, bütün cəhdlərimizə baxmayaraq, onunla əlaqə saxlamağımız mümkün olmadı.

Maraqlıdır, bəs məktəb direktorları niyə tiktokerə çevrilmək istəyirlər? Bu videolar onların rəhbərlik etdikləri təhsil ocağının nüfuzuna və şagirdlərə necə təsir edir? Cəmiyyət olaraq, bu cür hərəkətləri normal qarşılamalıyıqmı?

Sosioloq Elçin Bayramlı deyir ki, bu hallar şagirdlərin psixologiyasına güclü təsir göstərir.

Təhsil eksperti Kamran Əsədov da düşünür ki, müəllimlər fəaliyyətləri dörvündə davranışları ilə örnək olmalıdır.

Digər təhsil eksperti Elçin Əfəndi də məktəb rəhbərlərinin tiktok platformasında davranışların qəbul edilən olmadığını deyir. Onun sözlərinə görə, təhsil verən şəxs işlədiyi məktəbdə, ictimaiyyətdə nüfuza sahib olmalıdır.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirdi ki, sözügedən videolarla bağlı araşdırmalar aparılır, müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR