Məktəbdə I sinif şagirdini “tok” vurdu

# 18:33
8 fevral 2022

Cəlilabadda I sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb. Həmin kənddə yerləşən məktəbin həyətində 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərəyanı vurub. Belə ki, məktəbli dərsləri bitdikdən sonra evə gedən zaman həyətdə qaçarkən ayağı daşa dəyib və yıxılıb. Dirəyi tutmağa çalışarkən oradan keçən elektrik naqilinə toxunub. Nəticədə bədbəxt hadisə baş verib.

Elektrik cərəyanı vuran şagirdi məktəbin direktoru xəstəxanaya çatdırsa da, artıq onun dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR