Məktəbdə kütləvi zəhərlənmə, uşaqlardan birinin vəziyyəti ağırdır - APA TV HADİSƏ YERİNDƏ

# 19:17
6 aprel 2023

“Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

“Məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Bəzi şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.Həmin məhsullar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanıb.Artıq həmin şirkətə də bu barədə məlumat verilib, aidiyyəti qurumlar məsələni araşdırırlar".

4-ü qız, 2-si oğlan olmaqla, 6 şagird TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, liseydə zəhərlənən uşaqlardan birinin vəziyyəti ağırdır.

 

 

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Baş Prokurorluqdan isə bildirildi ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir.

 

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR