Məktəbdə qeyri-adi fləşmob: Soyuqdan donuruq

# 15:02
2 dekabr 2022

Sabirabad rayonunun şəhid Məmməd Tağıyev adına Kovlar kənd tam orta məktəbində şagirdlər “soyuqdan donuruq” fləşmobu keçiriblər.

Bu fləşmob sosial şəbəkələrdə sürətlə yayılıb. Məsələ ilə bağlı məktəbə baş çəkib, şagirdlərlə söhbətləşdik. Bildirdilər ki, 15 gün əvvəl qoşulası olan istilik sistemi, dekabrın 2-də işə salınıb.

Məktəb rəhbərliyi bunu texniki problem kimi göstərsə də, əsas səbəb dizellə işləyən kombi sisteminin yanacağının bitməsi imiş. Halbuki 2014-cü ildə əsaslı təmir olunan bir növbəli, 600 yerlik məktəbin kombi sisteminin həm qazla, həm də dizellə işləməsi nəzərdə tutulub. Ancaq kənddə qaz xəttinin olmasına baxmayaraq, istilik sistemi xəttə qoşulmayıb.

Məktəbin direktor əvəzi Şahin Yusifov deyir ki, təhsil ocağının istilik sistemində müvəqqəti problem yaranmışdı. Təzyiq problemi normal deyildi: “Dünən texniki briqada gəldi problemi aradan qaldırdı. Hal-hazırda lazımı temperatur var. İstilik sistemi dizel yanacağı ilə işləyir. Kənddə qaz xətti olmasına baxmayaraq texniki şərt olmadığından qaz xətti qoşulmayıb. Olarsa temperaturu sabit saxlamaq olar.

İndi valideynlərin əsas tələbi məktəbin istilik sisteminin qaz xəttinə qoşulmasıdır. Əks təqdirdə havalar soyuduqca problem daha sıx təkrarlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR