Məktəbdən çıxıb Bakıya işləməyə gəlmişdi – Qəzada ayağı sındı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində qeydə alınıb. 10 BY 230 dövlət nömrə nişanlı, Ford Mustanq markalı avtomobilin sürücüsü motosikiletlə əks istiqamətdə hərəkətdə olan 2003-cü il təvəllüdlü Şəmmədli Amin Ramal oğlunu vurub. Yaralı Təcili Tibbi Yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin Travmotologiya şöbəsinə yerləşdirilib. Ayağı sınan Amin əməliyyat edilib. Qeyd edək ki, Amin Şəmmədli 16 yaşı var. Zərdab 2saylı orta məktəbinin 9-cu sinfindən çıxaraq, Bakıya işləməyə gələn Amin, paytaxt restoranlarının birində kuryer kimi fəaliyyət göstərirmiş.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu