Məktəbə bomba qoyulub?
Azərbaycanda məktəblərin birində bomba olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, nazirliyin “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var”, - deyərək telefonu bağlayıb.
Dərhal Ağsu rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçirib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu