“Memar Əcəmi”də sərnişin qatarın altına düşdü
Bu gün kişi sərnişin Bakı metropoliteninin "Memar Əcəmi" stansiyasının yoluna düşüb.
“APA-Economics”-in məlumatına görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.
Məlumata görə, dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.
Nəticədə, yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib