“Mənim güclü kollektivim, güclü futbolçularım var” – QURBAN QURBANOV – APA TV

# 05:48
2 mart 2024

"Qarabağ" futbol klubu haqqında çəkilən "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi olub. Üç hissəli sənədli filmdə “Qarabağ” futbol klubunun fəaliyyətə başlamasından bu gününə kimi keçdiyi yol əksini tapıb.

Film Bakı Media Mərkəzi , “Salnaməfilm” studiyası və İctimai Televiziyanın birgə istehsalıdır.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, Mədəniyyət naziri Adil Kərimli, Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də ölkənin mədəni-ictimai xadimləri iştirak edib. Sonda “Qarabağ” futbol klubu adından Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya klubun xatirə hədiyyəsini təqdim edilib. ORXAN ASLAN APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR