Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu Azərbaycanda nələr edəcək?

# 17:59
15 sentyabr 2022

İqtisadi Elmi-Tədqiqat İnstitutu ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun birgə forumu keçirilib.

 

APA TV xəbər verir ki, forumda Elmi-Tədqiqat İnstitutu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə institutun idarə heyətinin sədri Mahir Hümbətov və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun sədri Sayed Şakil Şah qol çəkiblər.

Memoranduma əsasən, rəqəmsallaşma, nəqliyyat dəhlizləri, logistika, yükdaşıma və iqtisadiyyatın dayanıqlı inkişafı barədə proqramların yaradılması nəzərdə tutulur.

 

Bu ilin sonu və ya gələn ilin əvvəli CAREC ilə Elmi-Tədqiqat İnstitutu arasında daha bir neçə tədqiqat layihəsi həyata keçiriləcək. Bunu Mahir Hümbətov APA TV-yə müsahibəsi zamanı deyib.

 

"Asiya İnkişaf Bankı (ADB) üçün iqlim dəyişikliyi ilə mübarizə əsas prioritetdir"- deyə Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunda CAREC İnstitutunun direktoru Şakil Şah bildirib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı 2019-cu ildən başlayaraq, 2030-cu ilə qədər iqlim üzrə maliyyələşdirmə ambisiyasını 100 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir.

Əlavə olaraq, “bugünkü forum regional təcili məsələləri müzakirə etmək üçün çox gözəl, vacib platformadır”- deyə Şakil Şah qeyd edib.  

ŞƏMS QULİYEVA

XƏYAL İSKƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR