Mərkəzi Klinikanın şöbə müdiri: “Bütün növ ürək xəstəlikləri olanlar rahatlıqla peyvənd oluna bilər”

# 19:05
25 avqust 2021

Daxili orqanlarında xəstəliyi olanların koronavirusa qarşı peyvənd olunub - olunmamaqları məsələsi günümüzün əsas mövzularından biridir. Bəs ürək-damar xəstəliyi olan insanlar peyvənd oluna bilərmi?

 

APA TV xəbər verir ki, sualımızı Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Firdovsi İbrahimov cavablandırdı.

 

Həkim deyir ki, peyvənd tətbiq olunmağa başladığı vaxtdan etibarən kardioloqlar peyvəndi beynəlxalq səviyyədə ciddi bir şəkildə araşdırıblar. Kardioloq ürək-damar xəstəliyi olanların peyvənd olunmasında heç bir təhlükənin olmadığını bildirir: “Bütün növ ürək xəstəlikləri-tipindən, ağırlığından, yəni xəstə xəstəxana şəraitində şok vəziyyətində deyilsə, onun xaricində bütün ürək xəstəliklərinin tamamı, infarkt keçirdənlər, ürəyində stent olanlar, açıq ürək əməliyyat olan, anadangəlmə ürək qüsurları olanlar, damar əməliyyatı olanlar, varikozu, təzyiqi olanlar rahatlıqla peyvənd oluna bilər. Peyvənd yüz minlərlə, milyonlara insana tətbiq olundu və heç bir əks göstərişi yoxdur”.

 

Firdovsi İbrahimov ürək-damar xəstəliyi ilə yanaşı digər daxili orqanlarında xəstəliyi olan insanlar haqqında da danışdı. Onun sözlərinə görə, “şiddətli allergiyası” olanlardan başqa, insanların peyvəndə qarşı əks-göstərişi görülməyib: “Bütün istənilən növ problemlərdən çəkinmədən peyvənd olsunlar. Bunu insanlar öz-özünə dramatik hala çevirib, qonşudakı Əhməd dayıya, Fatma xalaya, məhəllələrində ki, Məhəmməd müəllimə az qulaq assınlar. Lütfən həkimləri dinləsinlər”.

 

Həkim sonda onu da qeyd elədi ki, peyvənd karonavirusa yoluxacaq şəxslərdə yarana biləcək ürək çatışmazlığının, patologiyaların, infarktların qarşısını alır.

 

 

 

Nuranə Namazova

Əli Ələkbərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR