Mərkəzi Univermağın keçmiş rəhbəri vəfat etdi
Sabiq deputat, Mərkəzi Univermağın keçmiş rəhbəri Ərəstun Cavadov 75 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
O, Bakı şəhərində dəfn olunub.
Qeyd edək ki, Ərəstun Cavadov 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya gəlib. O, 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub. Ərəstun Cavadov III və IV çağırışda Milli Məclisin üzvü seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu