Məscidlərdə bayram namazı qılındı
Ramazan ayının başa çatması ilə əlaqədar olaraq, bu gün Azərbaycanda bayram namazı qılınıb.
APA TV xəbər verir ki, bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkənin müsəlman vətəndaşları və yerli əhali iştirak edib. Bayram namazında insanlar dualar edib, günahlarının bağışlanmasını diləyiblər.
Fuad Nurullayev həmçinin bildirib ki, Şamaxı rəsədxanasından verilən məlumata görə, ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq. Bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq.
Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Semral Cavad,
Kamran Namazov,
APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?