Meşədə kəsdiyi ağac başına düşdü, öldü - LERİKDƏ
Lerik sakini meşədə ağac kəsərkən xəsarət alaraq ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə 1 saylı meşə dolayında baş verib.
Rayonun Kekoni kənd sakini meşədə ağac kəsərkən qurumuş ağacın iri gövdəsi onun başına düşüb. 35 yaşlı Səxavət Alışov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum evli olub, 3 azyaşlı övladı var. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi