Məşhur avtosalonun sahibi həbs edildi - SƏBƏB
Ötən ilin may ayında Bakıda oğlu intihar edən sahibkar həbs edilib.
APA TV Qaynarinfo-ya istinadən xəbər verir ki, “MİR” avtosalonun sahibi Məhərrəm Əhədov barəsində artıq aprel ayının 5-də 3 ay müddətinə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda vergidən yayınma və dələduzluqda ittiham edilir.
Məhərrəm Əhədovun biznes ortaqlarına milyonlarla borcu olduğu üzə çıxıb.
O, Bakıda və bir sıra yerlərdə özünə və ailəsinə məxsus şəxsi mülkləri, biznes obyektlərini satsa da, öhdəliyində olan borcları tam ödəyə bilməyib.
Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib