Məşhur hoteldə partlayış: 22 nəfər HƏLAK OLDU
Kubada hoteldə baş verən partlayış nəticəsində ölənlər var.
APA TV xəbər verir ki, hadisə Havana şəhərinin mərkəzindəki “Saratoqa” hotelində baş verib.
Kuba hökumətinin yaydığı məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb, 64 nəfər xəsarət alıb. Yaralananlardan 14-nün azyaşlı olduğu bildirilir.
Qeyd edək ki, partlayışın qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib