Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən özəl xəstəxanada insident baş verib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01 radələrində döyülüb.
Belə ki, hospitala gələn Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.
Hadisə ilə bağlı polisə müraciət edilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib