Məşhur meyxanaçı barədə QƏRAR VERİLDİ
Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.
Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rəsmi məlumata görə, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Onu da əlavə edək ki, ittiham olunan şəxs Cavid Sumqayıtlı tanınmış meyxanaçıdır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu