Messi qol vurarkən meydanda 13 argentinalı olub
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin dünən baş tutan finalında qol vurarkən meydanda 13 komanda yoldaşı olub. Epizod görüşün 108-ci dəqiqəsində qeydə alınıb.
Belə ki, Messi rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalı meydana girib və top qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olub. Bu qol 35 yaşlı Leonun komandasını hesabda önə keçirib.
Xatırladaq ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyun sonrası penaltiləri daha dəqiq yerinə yetirən Argentina Fransanı yenərək tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu