Metroda yerləşdirilən qondarma xəritə yığışdırılıb
İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş “Böyük Ermənistan” xəritəsi yığışdırılıb. APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, xəritənin yerləşdiyi yerə böyük ölçülü ekran yerləşdirilib. Məsələ ilə bağlı bir qrup fəalın İrəvan metropoliteninə izahat üçün məktub yollamaq niyyətində olduğu bildirilir. Xatırladaq ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib