Metronun yanında oğlu tərəfindən öldürülən qadın kimdir? - TƏFƏRRÜAT

# 17:41
20 aprel 2022

Bu gün saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. APA TV hadisə yerində  olub və şahidləri danışdırıb.

 

Nizami rayonu Rüstəm Rüstəmov 48 ünvanındayıq. Bir neçə saat öncə hazırda dayandığımız bu ərazidə  2007-ci il təvəllüdlü İdeal Məmmədzadə anası, anası 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib. DİN-dən aldığımız məlumata görə  hadisə ailə münaqişəsi zəmnində  baş verib. Onu da deyək ki, bıçaqlanma hadisəsi gördüyünüz bu ticarət mərkəzinin arxasında quraşdırılan müşahidə  kamerasının önündə baş verib.

 

Şahidlər deyir ki, qətli törədən İdeal Məmmədzadə həmin an ərazidən qaçıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım yolda olarkən, bıçaqlanan qadın hadisə yerindəcə keçinib.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İdeal Məmmədzadə  şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, bir müdət əvvəl törədilən tükürpədici qətl hadisəsi - ana və 2 azyaşlı övladının öldürülməsi faktı da məhz Nizami rayonu Rüstəm Rüstəmov 48 ünvanında qeydə  alınmışdı.

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR