Metropoliten əməkdaşı iş başında öldü
"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki iş başında vəfat edib.
"Bakı Metropoliteni" QSC-dən APA TV-yə verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saatlarında "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti çağırılıb. Təcili Tibbi Yardım xidməti çatana qədər həmin şəxs dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib