Meymunçiçəyinə görə, sərhədlər bağlanacaqmı? - NAZİR AÇIQLADI
Səhiyyə naziri Teymur Musayev ölkənin sərhəd-keçid məntəqələrində meymunçiçəyi ilə bağlı hər hansı tədbirlərin görülüb-görülməməsi məsələsinə münasibət bildirib.
APA TV xəbər verir ki, nazir deyib ki, Azərbaycan daima Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən epidemioloji nəzarəti qurur.
"Biz buna riayət edirik və bu baxımdan heç bir sərhəd-keçid məntəqəsində hər-hansı bir spesifik, meymunçiçəyi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulmur", - deyə Teymur Musayev əlavə edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi