Meyvə-tərəvəz 5 qəpik ola bilər: Yeni sistemə niyə keçə bilmirik?

# 19:27
10 may 2022

Bu gün kənd təsərrüfatı sahəsində ən böyük problemlərdən biri, bəlkə də birincisi suvarma ilə bağlıdır. Məlumdur ki, ölkəmizin şirin su ehtiyatları çox azdır, bu da əkinçiliyə kəskin formada təsir göstərir. Havalar isinən kimi fermerlər əkin sahələrini suvarmaq üçün su tapa bilmir, beləliklə ildən ilə təssərüfatla məşğul olanların sayı azalır, qıtlıq yaranır, xaricdən asılılıq artır, torpaqlar sürətlə yararsız hala düşür.  

Artıq su ehtiyatı az olan bir çox ölkələrdə bu problemin həlli yolunu tapıblar. Müasir suvarma sistemləri imkan verir ki, daha az su israfı ilə daha çox məhsul götürəsən. Ekspertlər deyir ki, damcı və çiləmə üsulu ilə nisbətdə ənənəvi  suvarmada 5 dəfədən çox su itkisi olur.  

Hazırda ölkəmizdə parkların, bağların suvarılmasında yeni sistemlərdən istifadə edilir. Lakin təəssüf ki, bu qurğulardan istifadə kənd təsərrüfatı sahəsində geniş yayılmayıb. APA TV olaraq bunun səbəblərini araşdırdıq.

 

 

Ekspertlər deyirlər ki, damcı sistemi ilə suya maksimum qənaət edilir, suyun 95%-i bitki tərəfindən mənimsənilir. Ancaq bu məsələdə diqqətli olmaq lazımdır, çünki suvarma sistemlərinin qeyri-peşəkarlar tərəfindən layihələşdirilməsi və quraşdırılması çox vaxt əlavə maliyyə xərclərinə, məhsul itkisinə gətirib çıxarır.

 

 

Bu qurğuların qiyməti isə ərazinin müxtəlifliyindən və müştərinin istəyindən asılı olaraq dəyişir. Ən aşağı qiymət 50-60 min manatdan başlayır.

 

Ekspertlər deyir ki, hazırda ölkədə 50-dən çox aqropark fəaliyyət göstərir. Ancaq çox azında müasir suvarma sistemlərindən istifadə edilir, çünki qiymətlər həddindən artıq yüksəkdir.

 

 

Elçin Bayramlı da  deyir ki, ənənəvi suvarma nəticəsində sudan ən azı 5 dəfə artıq istifadə edilir. Bu da israfçılığa və su qıtlığına səbəb olur.

 

Ekspertlər düşünür ki, güzəştli və uzunmüddətli kreditlər tətbiq edilərsə, indi su görməyən əraziləri də suvarmaq mümkün olacaq. Beləcə daha çox ərazilər əkinə yararlı hala gələcək, kənd təsərrüfatı sahəsində sıçrayış olacaq, sahələrdən indikindən bir neçə dəfə artıq məhsul toplanacaq.

 

 

Nərmin Murad

Kamran Namazov

Mais Allahverdiyev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR