Meyvə-tərəvəz başqa ölkələrdə xeyirlidir, Azərbaycanda ziyanlı?

# 10:02
5 sentyabr 2023


 Bu yaxınlarda Azərbaycandan Rusiyaya ixrac olunan 47 ton pomidor və 14 ton çiyələk saxlanılıb. Ümumilikdə isə Azərbaycandan Rusiyaya, eləcə də Türkiyəyə göndərilən meyvə-tərəvəzlərə zaman-zaman bu ölkələrin aidiyyəti qurumları tərəfindən qadağa qoyulması hallarına rast gəlirik. Görünən odur ki, xaricə göndərilən meyvə-tərəvəzin tərkibi ciddi şəkildə yoxlanılır. Bəs ölkə daxilində necə? Daxili bazarda satılan, evlərimizə girən meyvə-tərəvəz yoxlanılırmı? Digər bir problem isə yüksək məhsuldarlıq əldə etmək üçün bitkilərə həddindən artıq gübrə və dərmanların verilməsidir. Bütün bu qida və kənd təsərrüfatı məhsullarının tərkibində olan bu kimyalaşma orqanizmimizə mənfi təsir edir. Ekspertin sözlərinə görə, ölkə bazarında satılan meyvə- tərəvəz məhsullarının keyfiyyəti istənilən səviyyədə yoxlanılmır. Qida həm təhlükəli ola bilər, həm də keyfiyyətsiz. Təhlükəli qida insanı bir anda öldürər. Təhlükəsiz və keyfiyyətsiz qida isə bunu bir neçə aya edər. Biz necə qidalandığımızı apteklərdə dərmanların satılmasında, xəstəxanalarda növbələrin çoxluğunda görürük. Ən əsası isə, Ümumdünya Səhiyyə Təşkilatının insan ömrünün uzunluğuna dair siyahısında 190 ölkə arasında 119-ci yerdəyik. Belə bir şəraitdə Azərbaycan əmtəə bazarında olan kənd təsərrüfatı məhsullarının tərkibində şübhələr yaranır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, qurumun regional bölmələri tərəfindən meyvə və tərəvəzlərin satışının həyata keçirildiyi yeürlərdə mütəmadi monitorinqlər keçirilir. Hansısa nümunədə besdisit və nitrit qalığının normadan çox olduğu müəyyən edildiyi zaman həmin məhsullar dövriyyədən çıxarılaraq məhv edilir. Bəs ölkədən ixrac edilən, lakin qarşı tərəfin qəbul etmədiyi tonlarla meyvə-tərəvəzin sonrakı aqibəti necə olur? Bazardakı əksər meyvə-tərəvəz kimi AQTA-nın cavabı da gözəl görünür. Ancaq siz yenə də meyvə-tərəvəz alarkən diqqətli olun. Çünki əksər müstəqil ekspertlər bu sahədə ciddi təhlükənin olduğunu iddia edirlər.

AYNUR QARA APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR