Meyvədən zəhərlənmə halları niyə çoxalıb? - Ən çox da uşaqlar zəhərlərnir

# 10:00
28 aprel 2023

Mingəçevirdə azyaşlı zəhərlənib. Zəhərlənən şəhər sakini 10 yaşlı Leyla Quluzadə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.

Buna qədər isə son 2 ayda uşaqlar arasında çox sayda zəhərlənmə faktı qeydə alınıb.

Mövsumi meyvələr insan sağlamlığına faydalıdır və tərkibində çox sayda vitamin, mineral, antioksidanlar var. Lakin bəzi mövsümi meyvələr toksik kimyəvi maddələr daxil edə bilər və bu toksinlər insan sağlamlığı üçün potensial təhlükə yaradadır.

Mövsumi meyvələrin bizi zəhərləməməsi üçün onları düzgün şəkildə yumaq və yemək vacibdir. Qida mütəxəssisi Ağa Salamov deyir ki, meyvələri mövsümündə almalıyıq, amma...

 

Mütəxəssis onu da əlavə etdi ki, çox vaxtı insanlar meyvələri yuyub soyuducuda saxlayırlar. Nəticədə meyvə tez çürüyür. Çürümə nəticəsində yaranan bəzi bakteriyalar qida zəhərlənməsinə yol açır.

 

Aqronom Elmar Allahverdiyev bildirdi ki, zəhərlənmənin baş verməməsi üçün həm də  gübrələrdən və pestisit reqlamentindən düzgün istifadə olunmalıdır. Yəni qədərində istifadə olunmalıdır ki, insan səhhətinə ziyan vurmasın.

Mövsumi meyvələrlə əlaqədar zəhərlənmə simptomları hiss edirsizsə, məsələn, qusmaq, ishal, mədə ağrısı, baş ağrısı və sairə, dərhal tibb müəssisəsinə müraciət edin.

Əks halda meyvə zəhərlənməsi ölümcül ola bilər.

 

 

AYGÜN CARÇIYEVA,

KAMRAN NAMAZOV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR