MİDA-nın onlayn mənzil satışı niyə təxirə salındı?
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə növbəti mənzillər satışa çıxarıb. Satışın hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürüldüyünü deyən MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı prosesin 15 sentyabr 2022-ci il, saat 11:00-da başlayaraq, 22 sentyabr 2022-ci il, saat 11:00-a qədər davam edəcəyini desə də, Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus"Güzəştli Mənzil” informasiya sistemində anidən problem yaranıb. Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov bunu çox sayda insanın eyni anda sistemə daxil olması ilə əlaqələndirib.
Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.
AYTƏN SAKİTQIZI
FARİZ QULUYEV
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib